
Veb-səhifələrə baxmaq
İnternetə telefondan baxa bildikdən sonra kompüter nəyinizə lazımdır?
İşarə:Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit xərc yazmırsa,
məlumat xərclərinə qənaət etmək üçün İnternetə Wi-Fi şəbəkəsi ilə qoşulun.
1. Vurun: Internet Explorer.
2. Ünvan zolağına vurun.
3. Veb-ünvanı yazın.
İşarə:Veb-ünvanın şəkilçisini, məs, .org, sürətlə yazmaq üçün klaviaturada şəkilçi
düyməsinə vurub saxlayın və istədiyiniz şəkilçiyə vurun.
4. Toxun:
.
İşarə:İnternetdə axtarış etmək üçün ünvan zolağına axtarış sözünü yazın və
vurun.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
100

Böyütmək və ya kiçiltmək
2 barmağınızı ekrana qoyun və barmaqlarınızı bir-birindən ayırın və ya birləşdirin.
İşarə:Eləcə də, ekrana iki dəfə vura bilərsiniz.