Microsoft Lumia 435 - Oyun oynamaq

background image

Oyun oynamaq
Telefonunuzda oyun oynamaq əsl sosial təcrübədir. Microsoft-un oyun xidməti Xbox

dostlarınızla oyun oynamağa və oyun hesablarını və nailiyyətlərini izləmək üçün oyun

profilinizdən istifadə etməyə imkan verir. İndi siz onlayn, Xbox konsolunda və ya Oyunlar

mərkəzi vasitəsilə telefonunuzda oyun oynaya bilərsiniz.
Vurun: Oyunlar.
Kolleksiya seçiminə vurun və oyunu seçin. Xbox oyunursa, Xbox hesabınıza daxil olun. Hələ

hesabınız yoxdursa, hesab yarada bilərsiniz. Xbox bütün ərazilərdə mümkün olmaya bilər.

İşarə:Həmçinin sevimli oyunlarınızı başlanğıc ekranına əlavə edə bilərsiniz. Proqramlar

menyusunda oyunun üzərinə toxunub saxlayın və Başlanğıca daxil et seçiminə toxunun.
İşarə:Siz telefonunuzdan Xbox One konsolu üçün kənardan idarəedici kimi istifadə edə

və oyun dostlarınızla əlaqə qura bilərsiniz. www.windowsphone.com üzərinə daxil

olaraq Xbox One SmartGlass proqramını yükləyin.

Oyunları yükləmək

Kolleksiya seçiminə sürüşdürüb vurun.Oyun mağazası

İşarə:Xbox hesabınıza daxil olanda siz oyun oynamaq üçün dostlarınızdan dəvətləri

qəbul edə bilərsiniz. Bu oyun sizdə yoxdursa, lakin Oyun mağazasıda varsa, siz onun

sınaq versiyasını yükləyə və ya tam versiyasını satın ala bilərsiniz.

Oyuna davam etmək

Oyuna qayıtdıqda, oyunun özündə davam etmək üçün nişan olmalıdır. Yoxdursa, ekrana vurun.