Microsoft Lumia 435 - Telefonun melodiyalarını fərdiləşdirmək

background image

Telefonun melodiyalarını fərdiləşdirmək
Telefonunuzun istifadə etdiyi, məsələn, zənglər, mesajlar və s. üçün olan bildiriş tonlarını

dəyişdirmək istəyirsiniz? Yaxud öz tonlarınızı və ya sevimli mahnınızı kolleksiyaya əlavə etmək

istəyirsiniz?
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Zəng

melodiyaları+Səslər toxunun.

2. Dəyişmək istədiyiniz zəng melodiyası və ya siqnalı və melodiyanı seçin. Zəng melodiyasına

qulaq asmaq üçün vurun.

İşarə:Sizə zəng edəni dərhal bilməyiniz üçün kontakta konkret zəng melodiyası təyin

etmək istəyirsiniz? Əlaqələr mərkəzində əlaqə məlumatını yeniləyin.

Mesaj səsi və digər bildiriş səslərini dəyişmək

Proqram səslərini idarə edin və istədiyiniz proqrama toxunun və bildiriş səsini seçin.
Kompüterinizdən telefona yeni zəng melodiyaları əlavə etmək

SB kabeli ilə telefonunuzu kompüterə qoşun və kompüterinizin fayl menecerindən istifadə

edərək istədiyiniz mahnını telefonun zəng melodiyası qovluğuna köçürün. Kompüterinizdə

Windows Vista, Windows 7, Windows 8 və ya ən son versiya quraşdırılmış olmalıdır.
Mahnını zəng melodiyası kimi qurmaq üçün Zəng melodiyaları+Səslər görünüşündə Zəng

melodiyası vurun və Fərdi menyusunda mahnını seçin.
Mahnı rəqəmsal hüquqların idarə edilməsi (DRM) ilə qorunmursa və həcmi 30 MB-dan azdırsa,

onu zəng melodiyası kimi istifadə edə bilərsiniz.

İşarə:Öz unikal zəng melodiyanızı yaratmaq istəyirsiniz? Mağaza vurun və Zəng

melodiyası yaradıcısı proqramını yükləyin.