Microsoft Lumia 435 - Başlanğıc ekranını fərdiləşdirmək

background image

Başlanğıc ekranını fərdiləşdirmək
Başlama ekranınızı istədiyiniz kimi edin – fon şəklinizi seçin, sevimli proqramlarınızı və sairəni

başlama ekranına daxil edin, yaxud lövhəciyin ölçüsü və düzümünü istədiyiniz şəkildə

dəyişdirin. Başlanğıc ekranında maksimum sahədən faydalanmaq üçün proqramları

qovluqlara qruplaşdırın.
1. Fon şəkli əlavə etmək üçün başlama ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün

parametrlər > Başlama+Mövzu > Şəkil seç seçiminə toxunun.

2. Şəklə toxunun, onu istədiyiniz şəkildə kəsin və seçiminə toxunun.

İşarə:Fon və lövhəcik rənglərini nə üçün fon şəkliniz ilə uyğunlaşdırmayaq? Fondakı

şəkil və ya Vurğulama rəngi seçiminə toxunun. Bütün Windows cihazlarınızda mövzunu

və digər parametrləri paylaşmaq üçün başlama ekranında ekranın yuxarısından aşağı

çəkin, Bütün parametrlər > Parametrlərimi sinxronlaşdır toxunun və Mövzu seçimini

Aktiv

seçiminə dəyişin.

Lövhəciyin yerini dəyişmək

Lövhəciyə vurub saxlayaraq onu yeni yerə çəkin və ekrana vurun.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

33

background image

Lövhəciyi silmək və ya ölçüsünü dəyişmək

Ölçüsünü dəyişmək üçün lövhəciyə vurub saxlayaraq ox işarəsinə vurun.
Lövhəciklər kiçik, orta və ya böyük ölçülü ola bilər. Lövhəcik nə qədər böyük olarsa, bir o qədər

çox məlumat göstərər.

Silmək üçün lövhəciyə vurub saxlayaraq vurun.
Lövhəcikləri qovluqlara qruplaşdırın

Lövhəciyi vurub saxlayın və qruplaşdırmaq istədiyiniz lövhəciyin yaxud qovluğun üzərinə

sürükləyib buraxın. Qovluqdan proqramı açmaq üçün qovluğa, sonra isə istədiyiniz proqrama

vurun. Qovluğun adını dəyişmək üçün ada vurub saxlayın və istədiyiniz adı daxil edin. Qovluğu

silmək üçün üzərindəki lövhəcikləri çıxardın.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

34

background image

Proqramı daxil edin

Proqramlar menyusuna keçmək üçün sola çəkin, proqrama toxunub saxlayın və Başlanğıca

daxil et seçiminə toxunun.
Əlaqəni əlavə etmək

Əlaqələr vurun, əlaqəyə vurub saxlayın və sonra Başlanğıca daxil et vurun.

Əlaqələri daxil etdiyinizdə, onların axın yeniləmələri lövhəcikdə göstərilir və onlara birbaşa

olaraq başlama ekranından zəng etmək olar.