Microsoft Lumia 435 - Məlumat rouminqi xərclərinə qənaət

background image

Məlumat rouminqi xərclərinə qənaət

Telefon xərclərinizə qənaət etmək istəyirsiz? Mobil məlumat parametrlərini dəyișərək məlumat

rouminqi xərclərini azalda bilərsiniz. Məlumat rouminqində telefonunuz șəbəkə xidməti

təminatçınızın sahib olmadığı və ya fəaliyyət göstərmədiyi șəbəkələr üzərində məlumatın

qəbulu üçün istifadə edilir. Rouminqdə, xüsusən də xaricdə, internetə qoșulma məlumat

tariflərini mühüm dərəcədə artıra bilər. Șəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə

görə sizə sabit tarif və ya istifadəyə görə tarif tətbiq edə bilər. Optimal qoșulma üsulundan

istifadə etmək üçün Wi-Fi, mobil məlumatlar və poçt yükləmə parametrlərini dəyișin.
Ümumiyyətlə, Wi-Fi bağlantısından istifadə mobil məlumat bağlantısı ilə müqayisədə daha

sürətli və ucuzdur. Əgər həm Wi-Fi, həm də mobil məlumat bağlantıları mövcud olarsa,

telefonunuz Wi-Fi bağlantısından istifadə edir.
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və seçiminə toxunun.
1. Wi-Fi şəbəkəsinin Aktiv

olaraq təyin edildiyini yoxlayın.

2. İstifadə etmək istədiyiniz qoșulmanı seçin.
Mobil məlumat qoșulmasını bağlamaq

Başlama ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Mobil+SİM

kart toxunun və Məlumat bağlantısı seçimini Qeyri-aktiv

seçiminə dəyişin.

İşarə:Məlumat istifadənizi həmçinin Məlumat sensoru proqramı ilə izləyə bilərsiniz.

Məlumat rouminqini dayandırmaq

Başlama ekranında, ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Mobil+SİM

kart toxunun və Məlumat rouminqi seçimləri seçimini Rouminq etmə seçiminə dəyişin.
Poçtu tez-tez yükləməyin

Hər bir poçt qutusunda

> Parametrlər > Sinxronlaşma parametrləri seçiminə toxunun

və sinxronlaşdırmaq vaxtını seçin.